Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Netin qiymətinin ucuzlaşması OPEK+ sazişinin taleyini sual altında qoydu..

Netin qiymətinin ucuzlaşması OPEK+ sazişinin taleyini sual altında qoydu..

Dünya bazarıdna neftin qiymətinin  kəskin şəkildə ucuzlaşması OPEK+ sazişinin taleyini sual altına qoyub.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, böhran fonunda ciddi maliyyə itkiləri ilə üzləşən neft ixrac edən dövlətlərin bəzisi, artıq indidən – böhranın ilk günündəın OPEK+ sazişindən çıxmaq niyyətini ortaya qoyub. OPEK+ sazişindən çıxmaaq istəyənlər arasında dünyanın ən böyük neft istehsalçılarından və ixracatçılaırndan olan Rusiya da var.

Xatırladaq ki, martın sonuna qədər OPEC və OPEC + üzvü olan ölkələrin arasında neft hasilatını gündəlik 1,7 milyon barel azaltmaqla bağlı razılaşma mövcuddur. Lakin indiki halda bu razılaşmaya əməl ediləcəyi o qədər də inandırıcı görünmür. Çünki neftin qiymətinin ucuzalaşması əsas gəliri neft ixracından asılı olan dövlətləri hasilatı artırmaq məcburiyyəti qarşısında qoyub ki, bu da faktiki olaraq məlum sazişlə ziddiyyət təşkil edir.

Mütəxəssislər isə hesab edir ki, neft hasilatının nəzarətsiz şəkildə artırılması daha ağır nəticələrə səbəb ola bilər.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …