Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / “Neftçi”dən reaksiya: “Sadıqov getməyib, Çingiz Abdullayev isə gəlməyib” – (Yenilənib 2)

“Neftçi”dən reaksiya: “Sadıqov getməyib, Çingiz Abdullayev isə gəlməyib” – (Yenilənib 2)

“Sadıq Sadıqovun “Neftçi” klubunun prezidenti postundan istefa verməsi haqda klubda heç bir rəsmi məlumat yoxdur”.

Bunu virtualaz.org saytına açıqlamasında “Neftçi” futbol klubu mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

G.Abbaszadə tanınmış yazıçı Çingiz Abdullayevin klubun prezidenti postuna gətirilməsi barədə yayılan xəbərlərə də münasibət bildirib.

“Çingiz Abdullayevin “Neftçi”nin rəhbərliyinə gətirilməsi haqda da kluba heç bir rəsmi məlumat daxil olmayıb. Biz də bu məlumatları mətbuatdan izləyirik. Yenə deyirəm, bizə – kluba bu barədə hər hansı rəsmi məlumat daxil olmayıb” – deyə klub rəsmisi dedi.

İlkin

Virtualaz.org

*   *   *15:52

Yazıçı Çingiz Abdullayev “Neftçi”yə prezident təyin edilib.

Bu barədə aznews.az saytı xəbər yayıb.

Sayt yazır ki, kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.

*   *   *14:45

Bu gün “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov istefa verib.

Qol.az xəbər verir ki, istefanın səbəbləri haqda yaxın vaxtlarda klub rəhbərliyinin açıqlama verəcəyi gözlənilir.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub.

Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də “Neftçi” S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

 

Həmçinin oxuyun

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” – VİDEO

Paytaxtın “28 May” stansiyası yaxınlığında taksi sürücüləri dayanacaqların azlığından şikayətçidirlər. Onlar bildiriblər ki, sözügedən ərazidə …

Bir cavab yazın