Şənbə , Aprel 20 2024
Ana səhifə / Nazpəri Dostəliyeva erməni bayrağını niyə paylaşıb? – FOTO

Nazpəri Dostəliyeva erməni bayrağını niyə paylaşıb? – FOTO

Bu sözləri xalq artisti Nazpəri Dostəliyevanın prodüseri Mikayıl Hüseynov müğənninin İnstaqramdakı paylaşımı ilə bağlı axar.az-a danışarkən deyib:
“O paylaşımın Nazpəri xanımla heç bir əlaqəsi yoxdur. Mənim əlim dəyib, oraya erməni bayrağı səhvən düşüb. Nazpəri xanım, ümumiyyətlə, öz İnstaqram səhifəsini işlətmir, o səhifəni mən idarə edirəm.
Deyirlər ki, Nazpəri xanım Afaq xanımın övladının ölümünə görə sevinib, belə paylaşım edib. Vallah yalandır. Heç bizim onun balasının ölümündən xəbərimiz belə yox idi”.
Qeyd edək ki, big.az-ın məlumatına görə, Nazpəri Dostəliyeva aparıcı Afaq Gəncəlinin oğlunun vəfatından sonra İnstaqramda Azərbaycan və Ermənistan bayraqlarının fotolarını paylaşaraq bunları yazıb:
“Biz artıq işimizin başındayıq. Yaxında Nailə Mirməmmədli əsəri gəlir. Hazır olun! Heç kəsə pislik arzulamıram. Zamanında ikili oyun aparanların aqibətini görürəm. Az öncə bəlli olduğu kimi. Allah yardımçınız olsun”.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …

Bir cavab yazın