Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Nazpəri İlhaməyə 25 min manat təzminat ödədi

Nazpəri İlhaməyə 25 min manat təzminat ödədi

Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyevaya olan 25 min manat təzminat borcunu tam ödəyib.

Qafqazinfo” xəbər verir ki, bunu aznews.az-a müğənni İlhamə Quliyevanın vəkili Pərviz Hacılı deyib.

Vəkilin sözlərinə görə, N.Dostəliyeva, təzminat pulunu ödəməklə yanaşı İlhamə Quliyevadan üzr də istəməlidir.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında gedən qalmaqala Ali Məhkəmənin qərarı son qoyub.

Qərara əsasən N.Dostəliyeva İlhamə Quliyevaya 25 min manat cərimə ödəməli və ondan üzr istəməlidir.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın