Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Nazpəri Dostəliyeva toylardan imtina etdi – COVID-19-a yoluxmaqdan qorxur

Nazpəri Dostəliyeva toylardan imtina etdi – COVID-19-a yoluxmaqdan qorxur

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxan insanlar var.
Həm dövlət qurumları, həm də ayrı-ayrı adamlar virusdan qorunmaq üçün bir sıra profilaktik tədbirlər görürlər. Təbii ki, tanınmışlar da bu qəbildəndir.
Yenisabah.az-a danışan Xalq artisti Nazpəri Dostəliyeva virusdan qorunmaq üçün bir müddət toy dəvətlərini qəbul etmədiyini deyib:
“Məclislərə getmirəm. Hələlik toy, nişan məclislərini dayandırmışam. Bir müddət bəzi müəssisələr, məktəblər, bağçalar bağlanıbsa, demək, məsləhət deyil.
Mən də bir müddətlik fəaliyyətimi dayandırmışam. Bu aralar virusa görə çalışıram, insanların sıx olduğu yerlərə getməyim”.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …