Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Aktual / Nazirliyin vəzifəli şəxslərinin adından daha bir şok cinayət — Rüşvət necə alınıb?

Nazirliyin vəzifəli şəxslərinin adından daha bir şok cinayət — Rüşvət necə alınıb?

Azərbaycanda vəzifəli şəxsin adından sui-istifadə edərək dələduzluq etməkdə ittiham olunan 1966-cı il təvəllüdlü Həbib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Həbib Məmmədov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş Şaiq Şabıyevə özünü vəzifəli şəxs kimi təqdim edib.

Belə ki, o, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”ndə (DOST) şöbə müdiri “Elçin müəllim” kimi təqdim edib, zərərçəkmişə guya agentliyə işə qəbulla bağlı keçiriləcək müsabiqədə iştirak edən şəxslərin çox olduğunu, lakin sonuncunun agentliyin sədri tərəfindən ona tapşırıldığını, ona görə də sonuncunu işə müsabiqədən kənar tez qəbul edəcəklərini bildirib.

Həbib Məmməov zərərçəkənin anket məlumatları yazılmış namizədlik sənədi sayılan “CV” (bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımı məlumatları özündə saxlayan sənəd) istəyib.

Bundan sonra onunla 2019-cu ilin sentyabr ayında istintaqa məlum olmayan gündə DOST agentliyinin İnzibati binasının yaxınlığında təklikdə görüşən zaman bir daha özbaşına özünü ona agentliyin şöbə müdiri kimi təqdim edib, işlədiyi agentlikdə işə düzəldə biləcəyini yalandan bildirib.

Daha sonra Həbib Məmmədov aldatmaqla görəcəyi işdə özünə inam yaratmaq məqsədilə zərərçəkənin sonuncuya məxsus “CV” sənədini, hərbi biletin, diplomun və şəxsiyyət vəsiqəsinin surətini alaraq, qəsdən DOST agentliyində qanunsuz olaraq müsabiqədən kənar işə düzəlməsinin müsbət həllinə görə həmin agentlikdə işləyən tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə 5000 manat məbləğində pul vəsaitinin özünün vasitəsi ilə birbaşa yolla verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib.

Daha sonra Həbib Məmmədov Şaiq Şabıyevdən 5000 manat məbləğində pulu Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında alıb, şəxsi ehtiyaclarına xərcləyib.

İstintaq orqanı tərəfindən Həbib Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4,312.2-ci (iştirakçılıq; vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həbib Məmmədov 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Həbib Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, işinə yenidən baxılmasını, ədalətli qərar qəbul edilməsini istəyib.

Həbib Məmmədovun şikayətinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Mirzəli Abbasovun icraatına verilib.

Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırıb, sonda Həbib Məmmədovun şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.

Həmçinin oxuyun

Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq” – FOTOLAR

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə növbəti təmizlik aksiyası keçirilib. …