Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Nazirlikdən işdən çıxarıldığı deyilən fəhlə ilə bağlı – Açıqlama

Nazirlikdən işdən çıxarıldığı deyilən fəhlə ilə bağlı – Açıqlama

“Videoçıxışı yayılan Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə dünən paylaşılan məlumatlar əsassızdır”.

“Qafqazinfo” xəbər verirki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Qurum rəsmisi bildirib ki, T.Bəşirovun işdən çıxarılması ilə bağlı məlumat yayılandan sonra bu gün səhər Nazirlikdən onu işə götürən tikinti şirkətilə (“Maximus” MMC) əlaqə saxlanılıb. Talehin heç bir halda işdən çıxarılmaması tövsiyə edilib. Hazırda Talehin əmək müqaviləsi (250 azn maaşla) qüvvədədir:

“Bu gün səhər Nazirlikdən Talehlə də əlaqə saxlanılıb və narazılığının səbəbi soruşulub. Əlilliyi olan şəxs kimi pensiya alan T.Bəşirov Nazirliklə bağlı probleminin və narazılığının olmadığını, mütəmadi olaraq reabilitasiya vasitələri ilə təmin olunduğunu (son dövrdə 19 dəfə) deyib. Videoda dediklərini də hansısa məlumatı yanlış anladığından əsəbləşərək söylədiyini və bundan təəssüfləndiyini bildirib”.

Həmçinin oxuyun

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra  Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi …