Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Nazirlik rəsmisi uşaqlarını xaricə aparan valideynlərə xəbərdarlıq etdi

Nazirlik rəsmisi uşaqlarını xaricə aparan valideynlərə xəbərdarlıq etdi

Nazirlər Kabineti 2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nı təsdiqləyib. Məqsəd körpə və uşaq ölümünün, eyni zamanda xəstələnmə səviyyəsinin azaldılmasına nail olmaqdır. Aprelin 23-dən 29-dək immunlaşdırma həftəsi keçirilir.

Virtualaz.org saytı xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri İmran Abdullayev immunlaşdırma həftəsi ilə bağlı bu gün keçirilən tədbirdə bildirib. Onun sözlərinə görə, bu müddətdə hər hansısa səbəbdən peyvənddən yayınan uşaqlar peyvənd olunacaqlar. O uşaqların siyahısı çıxarılır, valideynlər məlumatlandırılır. Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramında ölkənin poliomilitdən azad statusunun saxlanılması, qızılca və məxmərək xəstəliyinin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası nəzərdə tutulub.

Mərkəzin şöbə müdiri Afaq Əliyeva isə deyib ki, immunlaşdırma həftəsinin keçirilməsinə Ümumdünya Səhiyyə Təşkilatı dəstək verir.

“Bəzən valideynlər peyvənddən imtina edir, bəzən uşaqlar ərazi poliklinikasında qeydiyyata düşmürlər. Bu həftədən istifadə edilməlidir. Valideyn bilməlidir ki, uşaq peyvənd olunmaqla xəstəlikdən qorunur” – A.Əliyeva deyib.

Ölkədə yeni doğulmuşların vərəm əleyhinə BCG peyvəndi 97,8, poliomielit əleyhinə 97,8 faiz yerinə yetirilib. Artıq Azərbaycanda poliomielit, məxmərək, difteriya, qızılca, göyöskürək, parotit, qeydə alınmır. Tetanus xəstəliyi isə tək-tək müşahidə olunur. Ölkəyə gətirilən vaksinlər ÜST standartlarına tam uyğundur.

Son illər Azərbaycana daha çox Hollandiya, Belçika və Amerikadan vaksinlər gətitilir. Vaksinlərin daşınması, saxlanması üçün şərait yaradılıb, birdəfəlik şprislərdən istifadə edilir.

A.Əliyeva əlavə edib ki, Avropa ölkələrində qızılca yayılıb. Ukraynada, İtalyada qızılca alovlanıb, miqrasiya ilə yoluxma mümkündür. Buna görə də uşaqlar peyvənd olunmalıdır.

Son 5 ildə peyvənd təqviminə yeni peyvəndlər daxil edilib. B tipli hemofil infeksiyasına qarşı, pnevmokok əleyhinə, poliomielit vaksinləri edilir. Hazırda 11 infeksiyaya qarşı peyvənd aparılır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …