Ana səhifə / Aktual / Nazirlik rəsmisindən HƏYƏCAN TƏBİLİ: Azərbaycanda su ehtiyatları azalır – VİDEO

Nazirlik rəsmisindən HƏYƏCAN TƏBİLİ: Azərbaycanda su ehtiyatları azalır – VİDEO

Son 4 ildə su ehtiyatlarımız 20-25 faiz azalıb.

Moderator.az Xəzər TV-yə istinadənn xəbər verir ki, Milli Hidrometerologiya xidmətinin rəis müavini Rafiq Verdiyev “Xəbər Ertəsi”nə açıqlamasında belə deyib. Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi, temperaturun 1,5 dərəcə yüksəlməsi, eyni zamanda, buxarlanmanın artması və yağıntının azalması bu prosesi daha da sürətləndirir.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.

Hazırda isə su resurslarının araşdırılması istiqamətində iş aparılır.  Bunun üçün 25 hidroloji stansiya yaradılıb ki, onlar vaistəsilə çaylarda sululuğun səviyyəsi  ölçülür. Daha 15 stansiya isə işğaldan azad edilmiş ərazilərdə qurulur.

Bir sözlə, qlobal iqlim dəyişikliyinin təsiriartıq ölkəmizdə də hiss edilir. Odur ki, hər kəs belə həssasməsələdə diqqətli olmalıdır. Gələcəkdə həm suvarma, həm də içməli su ilə bağlı problem yaşamamaq üçün bu resurslara mütləq qənaət etməliyik.

 

https://daytube.az/embed/127103

Həmçinin oxuyun

Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb – O, həm də nazir müavinin oğludur…

Hesablama Palatası FHN-də yoxlama aparıb. Kəmaləddin Heydərovun müavini Teymur Mehdiyevin oğlu, polkovnik-leytnant Elvin Mehdiyevin yüksək …