Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Nazirlik məşhur restoranların bağlanmasını istəyir – Siyahı

Nazirlik məşhur restoranların bağlanmasını istəyir – Siyahı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda 9 iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mətbuat konfransında ETSN Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

R.Bağırov deyib ki, bunlar Yasamal rayonunda yerləşən “Filiz Palace”, Binəqədi rayonundakı “Tərlan”, “White Palace”, Nizami rayonunda “Milord”, “Xəmsə”, “Dan ulduzu”, Xətai rayonunda “Neapol”, Suraxanı rayonunda “Turan”, Sabunçu rayonunda “Arzu” ictimai iaşə obyektləridir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …