Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Aktual / Nazirlik “Bakı Metropoliteni” ilə memorandum imzaladı – “Müyəssər Metro”

Nazirlik “Bakı Metropoliteni” ilə memorandum imzaladı – “Müyəssər Metro”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Bakı Metropoliteni” QSC arasında Anlaşma Memorandumu imzalanıb. 
Moderator.az xəbər verir ki, sənət nazir müavini Anar Əliyev və “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov arasında imzalanıb. 
Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərin xüsusi qayğısı nəticəsində həmin şəxslərin tibbi-sosial reabiltasiya və cəmiyyətə inteqrasiya imkanlarının ildən-ilə genişləndiyini vurğulayıb. O, eyni zamanda sosial infrastrukturun əlilliyi olan şəxslər üçün müəyəssərliyinin təmin edilməsinin diqqətdə saxlandığını, hazırda imzalanan Memorandumda bununla bağlı əməkdaşlıq istiqamətlərinin əksini tapdığını bildirib. 
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov Bakı şəhərinin nəqliyyat sisteminin mühüm bir hissəsini təşkil edən metronun inkişafı, metro infrastrukturunun genişləndirilməsi, sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün ardıcıl işlərin aparıldığını qeyd edib. O, imzalanan Memorandumun bu sahədə və sosial mövzularda əhalinin məlumatlandırılması prosesində “Bakı Metropoliteni” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığa zəmin yaratdığını bildirib. 
Sonra A.Əliyev və H.Məmmədov Memorandumu imzalayıb. 
Memorandumda Metropolitenin əlilliyi olan şəxslərlə bağlı həyata keçirəcəyi “Müyəssər Metro” adlı sosial xarakterli layihənin icrası, əlilliyi olan şəxslərin metrodan rahat və maneəsiz istifadəsi ilə bağlı digər layihələrin hazırlanması və həyata keçirilməsi, nazirliyin hazırladığı sosial xarakterli reklam və təşviqat materiallarının Metropoliten ərazisində əvəzsiz olaraq yayımlanması kimi əməkdaşlıq istiqamətləri əksini tapıb. 

Həmçinin oxuyun

Ramil Usubovun yeni işində ilk görüşü – Foto

Prezident yanında Təhlükəsizlik Şurasının katibi, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə Yekun …