Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Nazirlik avtobus qəzasında yaralananlarla bağlı məlumat yayıb

Nazirlik avtobus qəzasında yaralananlarla bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Bakıda iki avtobusun toqquşması nəticəsində yaralananlarla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Nizami rayonu, 8- ci kilometr bazarının yanında, iki marşrut avtobusunun toqquşması barədə məlumat təcili tibbi yardıma saat 22:20-də daxil olub. Hadisə yerinə 5 briqada yollanıb. Ümumilikdə 8 nəfər hospitalizə olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

3 saylı şəhər xəstəxanasının baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …