Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Nazirin müşavirindən məktəblərin bağlanacağı xəbərinə reaksiya: “Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq”

Nazirin müşavirindən məktəblərin bağlanacağı xəbərinə reaksiya: “Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq”

27-10-2021 [11:12]

Sosial şəbəkələrdə müzakirələr zamanı noyabr ayından etibarən Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddia olunur.

Azinforum.az xəbər verir ki, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Xəzər TV-də yayımlanan “Təsir Dairəsi” verilişində bu iddiaların həqiqəti nə dərəcədə əks etdirməsinə münasibət bildirib

O deyib ki, hazırda belə qərar yoxdur: “Rəsmi onu deyə bilərəm ki, bu gün üçün belə bir qərar yoxdur. Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq. ÜST-ün tövsiyəsi ondan ibarətdir ki, təhsil müəssisələri sonda bağlanmalıdır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …