Bazar , Yanvar 16 2022
Ana səhifə / Aktual / Nazirin məktəblərdə yığılan pulların leqallaşdırılmasına dair təklifinə reaksiyalar

Nazirin məktəblərdə yığılan pulların leqallaşdırılmasına dair təklifinə reaksiyalar

“Məktəblərdə pul yığımı bu günün problemi deyil. Mən məktəbdə oxuyanda da belə idi. Burada bir neçə format var. Valideynlər, ümumiyyətlə, məktəbin idarə olunmasında iştirak etməməlidir. Sovet dönəmində belə idi. Dövlətin hamı üçün hər şeyi etmək imkanı yoxdur”.

Bu fikirləri təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bağlı keçirilən brifinqdə deyib: “Məktəblərdə pul yığımı qanun pozuntusudur? Bunun üçün qayda olmalıdır. Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olmalıdır. Bu yığım qeyri-qanuni olmamalıdır, şəffaf olmalıdır. Valideyn-müəllim assosiasiyaları ictimai qurumdur, Təhsil Nazirliyinə tabe deyil” – deyə, nazir qeyd edib.

Təhsil nazirinin bu çıxışı cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta bu çıxışın məktəblərdə qeyri-qanuni yığılan pulların leqallaşdırılmasına dair bir proqnoz olduğunu iddia edənlər də var. Məsələ ilə bağlı sorğu aparıb, təhsil nazirinin fikirlərinə münasibət öyrənməyə çalışdıq.

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat” a bildirdi ki, problem ondan qaynaqlanır ki, Azərbaycan cəmiyyəti, ümumiyyətlə, təhsildən narazıdır. Bunun da bir çox səbəbləri var: “Təhsildən narazı olmanın səbəbi repetitorlarla bağlıdır.  Biz elə düşünürük ki, orta məktəblər funksiyalarını yerinə yetirmir. Öyrədici funksiyanı repetitorlar, hazırlıq kursları yerinə yetirir. Valideyn təbii ki, buna vaxt sərf və vəsait edir, buna görə də narahatdır. Biz çox zaman təhsilin məqsədini unuduruq. Orta ümumtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır, 150 min müəllim işləyir. Ali məktəblərdə isə 187 min tələbə var, onlarla 30 min müəllim çalışır. Yəni təkcə təhsil sektoru 2 milyon insanı birləşdirir. Hər bir ailədə bu və ya digər formada təhsillə əlaqədar olanlar var. Təhsil naziri Emin Əmrullayev demək istədi ki, məktəblərdə heç bir məqsəd üçün pul yığıla bilməz. Lakin məktəblərin fondu olmalıdır və bu fonda valideynlər könüllü ianə edə bilərlər. Heç bir halda uşağın əlinə pul vermək olmaz ki, apar bunu fonda ver. Bu, qeyri-şəffaflıqdır. Pulun nəyə görə yığıldığını, nəyə xərcləndiyini görmürük. Kim istəyirsə, məktəbin fonduna ianə edə bilər. Məsələn, ilin əvvəlində 20 qutu A4 kağızı verilir. Məlum olur ki, müəllimin biri kağızdan daha  çox istifadə edir. Kağız bitdikdə direktor təhsil şöbəsinə, təhsil şöbəsi başqa bir quruma və s.  müraciət ünvanlayır. Bu proses 4 ay çəkir. Nazir demək istəyib ki, ianələr könüllü olsun və vəsait şəffaflıqla xərclənsin. Dövlət bütün təminatı verir. Yığımlar qanunsuzdur. Dünya təcrübəsində də məktəblərin fondları var. İmkanlı şəxslər, yaxud iri holdinqlər məktəblərə dəstək göstərirlər. Bizdə bunu etmək mümkündürmü? Xeyr. Məktəbin bank hesabı yoxdur. Məktəblərdə hər hansı məqsəd üçün pul yığıla bilməz. Əgər bu, baş verəcəksə, könüllü olsun, pul banka yatırılsın, çek əldə olunsun”.

Axı biz onlara borcluyuq, bəlkə bir az borcumuzdan qaytarmaq barədə  düşünək..?"

Kamran Əsədov: “Təhsildən narazı olmanın səbəbi repetitorlarla bağlıdır”

Təhsil eksperti nazirin, sadəcə, prosesin rəsmi və şəffaf aparılmasına ehtiyac olduğuna diqqət çəkdiyini ifadə etdi: “Müəyyən qədər ifadə yanlış seçilib. Emin Əmrullayev nazirlikdə rüşvətə qarşı olan birinci insandır. O istəyir ki, məktəblər ehtiyaclarını öz fondları vasitəsilə ödəyə bilsinlər” – deyə, K.Əsədov qeyd etdi.

Günel Səfərova: Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam –  Yenicag.Az

Günel Səfərova: “Sistem o zaman irəli gedər ki, problemi müəyyənləşdirib, onun həlli istiqamətində çıxış yolu tapılar”

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova  mövzunu şərh edərkən bildirdi ki, nazir çıxışında yığılan pulun leqallaşdırılmasından danışmayıb: “Nazirin demək istədiyi o idi ki, beynəlxalq təcrübədə imkanlı valideynlərin məktəblərə yardım etmək ənənəsi var. Gəlin, etiraf edək ki, dövlət pulsuz təhsili təmin edir. Nazirin diqqətini konseptual məsələlərdən olan repetitorluğa yönəltmək əvəzinə detallara ilişirik. Cəmiyyət bəzi proseslərə o qədər də hazır deyil. Məsələn, Finlandiya, Şərqi Avropada, ümumiyyətlə bir çox ölkələrdə pulsuz təhsil yoxdur. İstənilən halda müəyyən büdcə nəzərdə tutulmalıdır. Zatən repetitorluq üçün kifayət qədər maliyyə xərcləyirik. Məsələyə konseptual baxmaq lazımdır. Hər hansı dərslikdə hərf səhvini tapıb ictimailləşdiririk, lakin kitabın nəyə görə akademik dildə yazıldığını müzakirə etmirik”.

Nazir məktəblərdə pul yığılmasına münasibət bildirib

Səfərova eyni zamanda təhsil nazirini şəxsən tanıdığını, onun innovativ, açıq fikirli, savadlı, strateji düşüncəyə malik biri olduğunu ifadə etdi: “Təhsil naziri brifinqdə təhsil sistemi ilə bağlı çox maraqlı məqamlara toxundu. Nazir xatırlatdı ki, təhsil ictimai prosesdir. Azərbaycan bir çox beynəlxalq elmi tədqiqatda iştirak edir və nəticələrimiz elə də yüksək olmur. Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır. Şikayət etməklə təhsil sistemi irəli getmir. Sistem o zaman irəli gedər ki, problemi müəyyənləşdirib, onun həlli istiqamətində çıxış yolu tapılar”.

Cəsarət Valehov qanunu pozmaq cəsarətini haradan alır? - son xeberler

Cəsarət Valehov: “Dünyanın inkişaf etmiş ölkələrində valideynlərin məktəblərə ianə, yardım etmək təcrübəsi var”

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, dünyanın inkişaf etmiş ölkələrində valideynlərin məktəblərə ianə, yardım etmək təcrübəsi var: “Bu, həm də mədəniyyətdir. İcma mədəniyyətidir. Bu, cəmiyyət tərəfindən qəbul edilən müsbət ənənədir. İmkanlı şəxslər təhsilə ianə etməklə gələcəyin inkişafına imzalarını qoyurlar. Azərbaycanda da bu mənada yaxşı nümunələr var. Lakin bu işin struktural şəkildə qurulmasına ehtiyac var. Valideyn bilməlidir ki, onun ianə etdiyi vəsait necə sərf olunur. Yığılan pul kiminsə tərəfindən başqa məqsədlər üçün məsrəf oluna bilməz. Emin Əmrullayevin demək istədiyi bu idi ki, proses könüllü və şəffaf icra olunmalıdır. Təbii ki, bunun bir mexanizmi yaradılmalıdır. Bu gün təhsil mühitimizdə daha yaxşı mexanizmlərə ehtiyac var.  Mən deyə bilmərəm ki, yaxşıları var, yaxud daha yaxşılarını qura bilmişik. Bu mövzuda yəqin ki, müzakirələr və tədqiqlər edəcəyik. İctimai müzakirə artıq iki gündür başlayıb. Müzakirələrin olmasına yaxşı mənada ehtiyac var. Bu, təqdir olunur. Qoy, tənqid etsinlər. Ola bilsin, yanlış rəylər söylənsin. Hər halda, hər bir yanlışda bir naxış var”.

Gəlin razılaşaq ki, müəyyən sistemlərin şəffaf olması, işləməsi üçün cəmiyyətin hər bir üzvü, necə deyərlər, əlini daşın altına qoymalıdır. Artıq suallar verməyin dövrü keçib. Hərəkətə keçmək zamanıdır! Çünki gələcəyimiz həm də təhsildən asılıdır.

Həmçinin oxuyun

Ermənilər Arazdəyən-Mehri dəmir yolunun bərpasına pul tapmırlar

“Hazırda Mehri və Arazdəyən hissələrinin inventarlaşdırılması işləri aparılır. Layihənin həyata keçirilməsi üçün bütün maliyyə xərclərinin …