Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / NAZİRİN BİRİNCİ MÜAVİNİ YOLA SALINIB? – Rəşad Nəbiyevin müavinlərinin sayı artıb, nazirlik isə…

NAZİRİN BİRİNCİ MÜAVİNİ YOLA SALINIB? – Rəşad Nəbiyevin müavinlərinin sayı artıb, nazirlik isə…

Ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur dəyişikliyi baş verib.

Azinforum.az Axar.az-a istinadla xəbər verir ki, fərmana əsasən, nazirliyin adında dəyişiklik olub, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlanacaq.

Struktur dəyişikliyindən biri isə nazirin müavinləri ilə bağlıdır. Fərmana əsasən, nazirin “birinci müavini” vəzifəsi ləğv edilib, nazir müavinlərinin sayı isə 2-dən 5-ə qaldırılıb.

Bundan öncə nazir Rəşad Nəbiyevin müavinləri bunlar idi – Əli Abdullayev (birinci müavin), Rəhman Hümmətov, Rövşən Rüstəmov.

Prezidentin ötən gün verdiyi sərəncamla Samir Qaçay oğlu Məmmədov və Fərid Turab oğlu Əhmədov da rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar, eyni zamanda, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov da vəzifəsindən azad edilərək, R.Nəbiyevə müavin gətirilib.

Başqa sözlə, R.Nəbiyevin əvvəl 3 müavini var idi, ötən gün də 3 müavin əlavə olundu. Beləliklə hazırda 6 müavini yaranır ki, bu da ötən gün fərmanla yaradılan 5 müavin vəzifəsindən çoxdur.

Belə çıxır ki, hansısa müavin vəzifəsindən azad olunub.

Fərmanın məntiqinə görə, Əli İzzət oğlu Abdullayev – nazirin birinci müavini vəzifəsini itirmiş sayılır. Çünki birinci müavin vəzifəsi ləğv edilib.

Bununla bağlı saytımızın sorğusuna Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən konkret cavab verə bilməyəcəklərini qeyd ediblər. Nazirlikdən bildirilib ki, hazırda dəqiqləşmələr aparılır.

Mia.az-ın əldə etdiyi məlumata görə, Əli Abdullayev tamamilə başqa bir sahəyə yüksək vəzifə hazırlığındadır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …