Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Nazir “turizm dəllallığı” haqda

Nazir “turizm dəllallığı” haqda

“Dünya ölkələrinin təcrübəsi onu göstərir ki, mədəniyyət sektoru ölkəyə gəlir gətirir”.

“Report” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O qeyd edib ki, mədəniyyət sektoru ilə bağlı yanaşma dəyişməlidir: “Biz mədəniyyət sektorunun dövlətin çiyinləri üzərində olmasına öyrəşmişik. Amma bu sahə də büdcəyə gəlir gətirməlidir. Bunun üçün mədəniyyət sahəsində çalışanlara əlavə imkanlar yaradılmalıdır”.

Nazir bildirib ki, mədəniyyət sektorunun imkanlarının genişləndirilməsi ölkəyə turist axınının güclənməsinə səbəb olacaq: “Turizm sahəsindən gələn gəlirlərin artırılması üçün dünyada qəbul olunmuş vasitələrdən istifadə edilməlidir. Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər. Lakin, bu, dəllallıqla deyil, bacarıqla, dünyada qəbul olunmuş vasitələrlə olmalıdır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …