Bazar ertəsi , May 27 2024
Ana səhifə / Aktual / Nazir tanınmış rektorun oğluna vəzifə verdi

Nazir tanınmış rektorun oğluna vəzifə verdi

Ədliyyə Nazirliyi yanında  Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini təyin olunub.

“ Azinforum.az ” Qaynarinfo-ya istinadən xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə bu vəzifəyə bir müddət əvvəl Abdullayev Mehdi Kamal oğlu layiq görülüb.

M.Abdullayev bu ilin aprelindən Ədliyyə Nazirliyində çalışmağa başlayıb. O, bir neçə il əvvəl də Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib.

Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğludur.

M.Abdullayev bundan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Vasif Talıbova ağır itki

Talıbovlar ailəsinə ağır itki üz verib. Azinforum.az TNS-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası …