Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Aktual / Nazir rüşvət aldığı iddia edilən polisi CƏZALANDIRDI – VİDEO

Nazir rüşvət aldığı iddia edilən polisi CƏZALANDIRDI – VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Unikal.org-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma yekunlaşıb:

“Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqlənməyib. O, xidmət zamanı sürücü ilə lüzumsuz danışıqlara, yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb”.

Həmçinin oxuyun

Səbail icra hakimiyyətinin “qoçu dəstəsi” imkansız qadının evini başına uçurdu

Başçını vətəndaşa qarşı belə hörmətsizlik etməyə, “Moduleks”in rəhbər şəxsləri ilə əlbir olan rayon bələdiyyəsinin sədri …