Cümə axşamı , May 26 2022
Ana səhifə / Aktual / Nazir rəis müavinini pozuntulara görə işdən çıxardı

Nazir rəis müavinini pozuntulara görə işdən çıxardı

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə Bakının Nizami Rayon Polis İdarəsində aparılan xidməti yoxlama yekunlaşıb.

“ Azinforum.az ” ın əldə etdiyi məlumata görə, yoxlama rayon ərazisində xidmətin zəif təşkil edilməsi və yol verilən nöqsanlar səbəbi ilə başlanılıb.

Yekunda pozuntulara görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşviq Aslanov vəzifəsindən azad olunub. Həmçinin, daha bir neçə yüksək vəzifəli şəxs cəzalandırılıb.

Hazırda xidməti yoxlama davam edir.

Həmçinin oxuyun

Səlim Müslümov ev dustaqlığına BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Azinforum.az-ın …