Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Nazir oğlunun itləri Mais Piriyevi əsəbiləşdirdi

Nazir oğlunun itləri Mais Piriyevi əsəbiləşdirdi

Bir neçə gün öncə maliyyə naziri Samir Şərifovun oğlunun dünyada “Anadolu aslanı” kimi tanınan poyraz itləri alması, onları Türkiyədə 10 hektarlıq ərazidə saxlaması haqda məlumatlar yayılıb. Qeyd edək ki, məlumatların ana mənbəyi Türkiyə mətbuatı olub.

İt fermasının sahibi Birol Başyiğitin sözlərinə görə, bu itlər iri cüssəli, qoruma instinkləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkir. O bildirib ki, bu itləri nazirin oğlu Anadolunun Erdemit qəsəbəsində, 10 hektar xüsusi hasarlanmış ərazidə bəsləyir.

Məlumat Azərbaycan mediasının da diqqətini çəkib və müzakirələrə səbəb olub.

Məlum olduğu kimi, poyraz itlərin bəslənməsi, qidalanması, eyni zamanda onları saxlayan çobanın məvacibi böyük məbləğdə xərc deməkdir. Nazir oğlunun bu cür bahalı bir əyləncə ilə məşğul olması ictimai fikirdə qıcıq yaradır. Mətbuatda, sosial şəbəkələrdə Samir Şərifovun oğlunun bu pulları haradan alması, bahalı hobbisini hansı mənbələrdən maliyyələşdirdiyi sualları səsləndirilir.

Nazir Samir Şərifov isə məsələ ilə bağlı mətbuata açıqlama verməyib, susmağı üstün tutub. Maraqlıdır, nazirin susmasının səbəbi nədir?

Bu cür durumlarda məmur mediaya hansısa formada açıqlama, izahat verməyə borcludur. Samir Şərifov ölkənin maliyyə siyasətinin əsas, aparıcı icraçı məmurlarındandır. Onun oğlunun adının bahalı əyləncələrdə hallandırılması ictimaiyyətdə haqlı suallar doğurur.

Mais Piriyev ile ilgili görsel sonucu

Azərbaycan mediası nazirlərlə, başqa iri ranqlı məmurlarla birbaşa əlaqə saxlamaq imkanından məhrumdur. Ona görə də mövzu ilə bağlı Maliyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.  Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev sualımızı aqressiv qarşıladı: “Bax elə bu cür məsələlərə münasibət bildirmirik. Hansı müzakirələrə səbəb olub? Nazirin oğlu harada 10 hektarlıq ərazidə it saxlayır? Bu cür məsələlər adama gülməli gəlir. Ümumiyyətlə, nazir bu cür qeyri-ciddi məsələlərlə bağlı heç vaxt açıqlama vermir”.

musavat.com

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …