Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Nazir nöqsanların aradan qaldırılmasını tələb edib

Nazir nöqsanların aradan qaldırılmasını tələb edib

“İnsanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cəmiyyətin mənəvi dəyərlərinə böyük zərbə vuran, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi vacibdir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov nazirliyin “Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi”nin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O, bildirib ki, müzakirəyə çıxarılan hər iki məsələ üzrə fəaliyyət bütövlükdə qənaətbəxşdir. Nazir iclasda bu məsələlərlə bağlı qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

R. Usubov həmçinin güclü təsirə malik olan narkotiklərin qanunsuz dövriyyəyə girmədən aşkarlanmasının, onları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxslərin müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirlərinin, eləcə də yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın effektivliyinin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Daxili işlər naziri bildirib ki, şəxsi heyət ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn tələbləri layiqincə yerinə yetirəcək, xalqa və dövlətə sədaqətlə xidmət edəcək, asayişin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, cari ili yaxşı nəticələrlə başa vuracaq.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …