Çərşənbə axşamı , İyul 5 2022
Ana səhifə / Aktual / Nazir Müşfiq Hətəmova yeni vəzifə verdi – FOTO

Nazir Müşfiq Hətəmova yeni vəzifə verdi – FOTO

Mədəniyyət naziri Əbülfəs Qarayev Müşfiq Hətəmova yeni vəzifə verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, M.Hətəmov nazirin əmri ilə, Mədəniyyət Nazirliyinin Yaradıcılıq və Reyster sektorunun müdiri təyin edilib. O, bu təyinata qədər (2011-ci ildən) C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyib.

Müşfiq Hətəmov xəbəri Unikal.org-a təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün öncə Mədəniyyət naziri Əbülfəs Qarayev Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Cəmil Quliyevi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə təyin etmişdi.

Həmçinin oxuyun

Natiq Cəfərli: “Təcili surətdə ”tarladan süfrəyə” sisteminə ehtiyac var” – Niyə bahalıqdır?

Neçə illərdir ki, azərbaycanlı fermerlərin məhsullarını – xüsusən kartof-soğan, kələm, çöl pomidoru – sata bilməməsi …