Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Nazir Mikayıl Müşfiq haqda danışdı

Nazir Mikayıl Müşfiq haqda danışdı

“Mikayıl Müşfiq adı bizim üçün müqəddəsdir. O müqəddəs insanın, şəxsiyyətin qalıqları haqqında  danışmağa ehtiyac yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan şairi Mikayıl Müşfiqin məzarının  tapılması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, bu məsələ ilə  bağlı komissiya  müəyyən ediləcək, sənədlər toplanılacaq.  “Mikayıl Müşfiqin məzarı ilə bağlı iddialar dəfələrlə qaldırılıb və bu barədə müxtəlif mülahizələr var. Xahiş edirəm,  bunu sensasiyaya etməyin. Lazım gəldikdə sizə məlumat verəcəyik”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …