Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Nazir jurnalistə qarşı törədilən oğurluq cinayətini nəzarətinə götürdü

Nazir jurnalistə qarşı törədilən oğurluq cinayətini nəzarətinə götürdü

Bu barədə jurnalist öz FB səhifəsində də geniş açıqlama yazıb. Artıq baş vermiş cinayət faktı DİN-nin rəhbərliyi səviyyəsində nəzarətə götürülüb.

Azinforum.az xəbər verir ki, DİN-nin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadənin “Ölkə.Az”-a verdiyi açıqlamaya görə, artıq baş vermiş faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177.2.3-cü ( oğurluq: yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Polis əməkdaşları oğurluq olan mənzildə olublar, müvafiq nümunələr götürülüb və zəruri ekspertizalar təyin olunub. Mənzildən pul və zinət əşyaları aparılıb. Onuda qeyd edim ki, jurnalistə qarşı törədilən cinayət əməli Daxili İşlər Nazirinin tam nəzarətindədir və hazırda cinayətin açılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …