Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Nazir Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni rəhbər təyin etdi

Nazir Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni rəhbər təyin etdi

Təhsil naziri Ceyhun Bayramov Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni rəhbər təyin edib.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəşarət Məmmədovun “Qafqazinfo”ya verdiyi məlumata görə, nazirin bu gün imzaladığı əmrə əsasən  BŞTİ-nin müdir vəzifəsinə Rəşad Tağıyev təyin edilib.

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2013-2015-ci illərdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sabiq müdiri Məhəbbət Vəliyeva iyun ayında Təhsil nazirinin müavini təyin olunub. O, həmçinin BŞTİ-nin müdiri vəzifəsini icra edirdi.

Həmçinin oxuyun

Deputat “Vergilər” qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT

2 gün əvvəl – 19.01.2021-ci il tarixində (saat 15:45) “Vergilər” qəzetinin rəsmi veb səhifəsində (vergiler.az) …