Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / “Nazir arvadı olsa, əlini elə öpər ki, gəl görəsən” – İcra başçısına sərt tənqid

“Nazir arvadı olsa, əlini elə öpər ki, gəl görəsən” – İcra başçısına sərt tənqid

Son aylarda Prezident İlham Əliyev tərəfindən bir çox sahələrdə olduğu kimi, icraedici hakimiyyətdə ciddi struktur islahatları sürətlənib. Prezident fəaliyyətində ciddi nöqsanlara yol verən, verilən vəzifələrin öhdəsindən gələ bilməyən icra başçılarına çıxarıb, onların yerlərinə isə daha gənc kadrlar təyin edib.

Bunun son nümunəsi olaraq 19 dekabrda Ağstafa Rayon İcra Hakimiyyətinin Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanımasını göstərə bilərik. Onunla yanaşı iki müavini, həmçinin Yevlaxın 31 oktyabrda vəzifədən çıxarılan sabiq icra başçısı Qoca Səmədov da saxlanılıb. 

Hadisələrin bu formada cərəyan etdiyi bir vaxtda dünən bir sıra icra hakimiyyətində aktivlik müşahidə edilib. Onlardan biri də Şəmkir Rayon İcra başçısı Alimpaşa Məmmədov 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun məzarını ziyarət edib, ailəsinə baş çəkib. Görüş zamanı şəhid anasının əlini öpməsi fotolarda əks olunub. Lakin şəkillərə diqqətlə baxdlqda onun ananın əlini yox, öz əlini öpdüyü görünüb. İcra başçısının bu hərəkəti birmənalı qarşılanmayıb, sosial şəbəkə istifadəçiləri onu sərt tənqid edib. 

Tənqid edənlər arasında tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) də olub. O, sosial şəbəkədə həmin görüntüləri əks etdirən fotonu paylaşaraq onu səmimiyyətsiz adlandırıb:

“İcra başçısı şəhid anasının əlini öpməyi özünə rəva görmür, amma inanın ki, nazir arvadı olsa, əlini elə öpər ki, gəl görəsən. Belə səmimiyyətsiz icra başçıları gec-tez Allahın qəzəbinə gəlir və əldə etdiyi bütün var-dövləti Allah onlardan alır. Çox pis oldum. Sənin minnətin olsun belə namuslu, qeyrətli ananın əlindən öpmək. Sən Prezidentin heç dırnağı da ola bilməzsən, amma Prezident yaşlı ananın əlini öpmüşdü. İndi görün Şəmkirdə nə qədər korrupsiya var! Orada Moskvada yaşayan həmvətənlərimizin evlərini tikilməsində nə qədər pul alırlar, icazə üçün”.

Yenisabah.az

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …