Bazar ertəsi , Avqust 2 2021
Ana səhifə / Aktual / Nazir 35 yaşlı fəlsəfə doktorunu prorektor təyin etdi

Nazir 35 yaşlı fəlsəfə doktorunu prorektor təyin etdi

Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Anar Nazim oğlu Eminov işini bundan sonra universitetin Elm və İnkişaf məsələləri üzrə prorektoru kimi davam etdirəcək.

Qeyd edək ki, 35 yaşlı Anar Eminov buna qədər ATMU-da müəllim, baş müəllim, kafedra müdiri, dosent kimi çalışıb.

A. Eminov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. O, artıq yeni prorektor kimi kollektivə təqdim edilib.

Həmçinin oxuyun

Türkiyə bu il 25 milyon turisti qonaqlamağı hədəfləyirdi… – Deputat

“Türkiyədə baş verən meşə yanğınları qardaş ölkənin iqtisadiyyatına da mənfi təsir göstərir. Yanğınlar daha çox …