Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / NAZİM BƏYDƏMİRLİYƏ MƏSLƏHƏT:  “NAXÇIVANDA İSTEHSAL OLUNAN KOLBASADAN YE, ŞƏRURUN ARAĞINDAN İÇ…”

NAZİM BƏYDƏMİRLİYƏ MƏSLƏHƏT:  “NAXÇIVANDA İSTEHSAL OLUNAN KOLBASADAN YE, ŞƏRURUN ARAĞINDAN İÇ…”

Nazim Məmmədov adlı sabiq bir millət vəkili var. İndi, deyəsən, Bəydəmirli olub.  Deyilənə görə, alimlik dərəcəsi də var. Özü də, iqtisadiyyatdan müdafiə edib.  Onun iqtisadi biliklərinini hansı səviyyədə olması ilə bağlı məlumatsızam. Amma məhz iqtisadiyyat sahəsində verdiyi , lakin özünü doğrultmayan  bəzi proqnozlara görə, onun dəfələrlə tənqid atəşinə tutulmasının  da şahidi olmuşam. Əslində, normaldır. Çünki Nazim Bəydəmirli peyğəmbər deyil ki, onun dediyini hamı vacib norma kimi qəbul etsin. Ancaq Nazim müəllim tənqidə o qədər də dözümlü yanaşmır.  Hətta vəziyyət o həddə çatıb ki, o, hal-hazırda bir saytla məhkəmə çəkişməsindədir. Mediaya qarşı qaldırdığı iddia ilə bağlı əlavə şərh vermək mənə düşməz. Çünki bu barədə çox yazılıb.  Sadəcə, yada saldım ki, Nazim Bəydəmirlinin belə dözümsülüyü də var. Mənim bu personaya müraciət etməyim nə ona olan simpatiyam, nə də qərəzimdən irəli gəlir. 

 

Son vaxtlar Nazim Bəydəmirlinin davranışlarında bir qədər qəribəliklər nəzərə çarpır. Tanımayan olsa, onu radikal müxalifət nümayəndəsi olduğunu zən edər.  Bu abu-havanı hiss etmək üçün, sabiq deputatın Feysbuk profilində yazdıqların  diqqət yetirmək kifayət edər. Bu da Nazim müəllimin hüququna aid olan məsələdir. Nə istəsə yaza bilər.  Ancaq medianın ona göstərdiyi  diqqət hesabına ictimailəşməyi bacaran, lakin əksər hallarda jurnalistlərə yuxarıdan aşağı baxan  Bəydəmirli fikirləşməlidir ki, sabiq millət vəkili, YAP-çı, iş adamı və ən nəhayət iqtisadi ekspert kimi  bəzən onun yaydığı fikirlərin ictimai rəyə təsiri olur. Nazim müəllimin incikliyindən irəli gələn radikallaşması onun  mandat qazana bilməməsilə əlqəli olduğuna şübhəm yoxdur. Sabiq deputat birdən bunun əksini sübut etməyə çalışarsa, onun özünə asan bir işin qulpundan yapışmağı məsləhət görərdim. Getsin, deputat olduğu 5 illik dönəmlə, indiki mövqeyi arasında bir araşdırma aparsın. Kəskin təzadın olduğunu görər və doğru danışdığımızın şahidi olar .

 

Bəydəmirlinin  hazırkı mövqeyinin  bir qədər anlaşılmaz  qarşılnması onun YAP üzvü ola-ola təmsil olunduğu partiyanın məramı ilə üst-üstə düşməyən mövqe sərgiləməsi ilə bağlıdır. Hətta Nazim Bəydəmirlidəki arxayınlıq o dərəcəyə çatıb ki, o , son parlament seçkilərində YAP-ın   partiya üzvlərinə qoyduğu qadağaya da məhəl qoymayaraq təmsil olunduğu partiyanın rəsmən dəstəklədiyi namizədlə alternativ olub. Yəqin yadınızdadır, YAP belə halların baş verəcəyi təqdirdə,  partiyanın iradəsi ziddinə gedən həmin adamların partiyadan çıxarılacağını bəyan etmişdi. Deyəsən, Nazim Bəydəmirli bu kontekstdə yaddan çıxıb. Mən başa düşmürəm, adam YAP-ın mövqeyilə uzlaşmayan bir fəaliyyət ortaya qoyursa, niyə partiya ondan imtina etmək istəmir? Eyni sualı Nazim bəyin özünə də ünvanlamaq olar.

 

İş burasındadır ki, Nazim Bəydəmirli acıb qılınca capan narazılardan da deyil. Özünün təqdim etdiyi paylaşımlar və fotolardan görünür ki, normal həyat tərzi sürür, ən bahalı maşınlarda gəzir. Sağlığına qismət! Buna da sözümüz yoxdur. Ancaq bir neçə dəfədir ki,  onun hansısa bölgəylə bağlı sarkazmla pərdələnən açıqlamalarının şahidi oluram.  Nazim müəllimin özü deyər ki, burda nə var ki? Ancaq yəqin bilməmiş deyil ki, onun ötürdüyü “paslardan” radikal müxalifət nümayəndələri  və onlara bağlı olan KİV-lər bir neçə gündür  istifadə edir. Gəlin, Bəydəmirlinin yazdığı son statuslardan birinə fikir verək.  Sabiq deputat bu dəfə  həsas sayılan regionlararası münasibətlər üçün heç də yaxşı nəsə vəd etməyən zərərli  bir mövqe ortaya qoyur:

 

 

naz

 

“2017-ci ilin Dövlət büdcəsinin adambaşına bölgüsündə Gədəbəy sakinləri 48 manat, Tovuz sakinləri 86 manat…Naxçıvan sakinləri isə 813 manatla müvafiq yerlərdə qərarlaşıblar….
P.S. Gədəbəy Naxçıvana birləşdirilsin…”

 

Bu statusdan sonra,  nələrin yazıldığını, konkret olaraq bir bölgə kimi Naxçıvanın ünvanına hansı hədyanların yağdırıldğını təkrar etmək istəmirik.  Maraqlıdır ki, hələ də YAP-çı olan Nazim bəy həmin fikirlərlə bağlı yenə təmsil olunduğu partiyanın məramına uyğun addım atmayıb.  Məsələyə seyrçi qalmaqla kifayətlənib.

 

Əslində, Bəydəmirli Dövlət büdcəsinin adambaşına bölgüsündə Naxçıvanla bağlı yaranan fərq bir qədər anlayışla qarşılamalıydı. Axı, özünün dediyinə görə, iqtisadçıdır. İzahı sadədir Naxçıvan blokada şəraitində olduğuna görə, dövlət büdcəsindən ora bir qədər artıq vəsait ayrılır. Həmin vəsaiti də əhali sayına böləndə ola bilsin ki, Naxçıvanla bağlı fərqli göstərici ortaya çıxır. Nazim müəllim yaxşı olar ki, bu rəqəmi gözlərə soxmaq istəyəndə, Naxçıvanın fərqli statusundan da danışardı. Əminəm ki,  o son vaxtlar Naxıvanda olmayıb. Olsaydı dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə neçə xərcləndiyini görərdi. Hətta həmin vəsaitdən kənar, yerli imkanlar hesabına  hansı işlərin  görüldüyünə şahid olardı. Maraqlıdır,  Nazim müəllim niyə  Naxıvanda artan istehsal müəsissələrindən danışmır?

 

Naxçıvanda istənilən bir restoranda oturub yalnız Naxçıvan istehsalı olan məhsulları sifariş verməklə görərər ki, insan yaşayışı üçün nə lazımdırsa MR-də istehsal olunur.  Əminəm ki, Nazim müəllim Naxçıvanın “Badamlı”sı və “Sirab”ından dadıb. Ancaq onun nəzərinə çatdırmaq istəyirəm ki, Naxçıvanda yalnız həmin məhsullar istehsal olunmur. Bu gün MR elektrik enerjisinə olan tələbatını öz daxili imkanları hesabına ödəyir, hələ üstəlik xaricə də enerji satır.  Naxçıvanda avtomobil də istehsal olunur. Nazim müəllimə orda istehsal edilən yerli kolbasadan da, dadmağı məslət görərdim. İstər dövlət büdcəsindən ayrılan pulların təyinatı üzrə düzgün xərclənməsi, istərsə də, özəl sahibkarlığın inkişafı MR-in simasının dəyilməsində  özünü aydın göstərir. Naxçıvanda dövlət büdcəsindən ayrılan pula ciddi nəzarət var. Yəqin ki, Nazim müəllimin həmin vəsaitə nankor baxmaq istəyən bəzi sabiqlərin aqibətindən xəbəri olmamış deyil. Bunları bilə-bilə belə provakasiyalara əl atırsa, düz etmir. Yox, məlumatı yoxdursa, ona Naxçıvana  səfər edib oradakı vəziyyətlə yerində tanış olub, yerli istehsalın səviyyəsi, infrastruktur layihələrinin icrasını öz gözlərilə görməyi məsləhət bilərdim.  “Vurmaqla” arası yaxşı olan Nazim müəllimə Şərurda istehsal olunan meyvə arağı ilə   MR istehsalı olan kolbasanın dadına baxmağı bir daha məsləhət gördim. Qiymət verər ki, əsl ixarclıq  məhsullardı. Blokada şəraitində belə məhsullar hazırlanırsa, demək, inkişaf var.

natiq

 

Nazim Bəydəmirlinin tezisindən sonra, AXCP funksionerinin yazdığı fikir

 

Nazim Bəydəmirlinin apardığı anologiyaya uyğun bir paraleli də mən aparmaq istərdim. Necə olur ki, Nazim Bəydəmirli ən bahalı avtomobillərdə gəzir, bir neçə il bundan əvvələ kimi onun  zavodu olur , hazırda klinikası fəaliyyət göstərir, mən isə zorla ailəmi saxlayıram? Mən Nazim Bəydəmirlidən nə bacarıqsızam, nə də savadsız. Bəydəmirli belə uğurları regional faktorlarla izah etmək istəyirsə,  onda mən də məmnuniyyətlə gədəbəyli olmaq istərdim…

Nazim Bəydəmirlinin diqqətinə bir faktı da çatdırım ki, mən  əslən naxçıvanlı deyiləm…

M. MİRZƏYEV

 

 

 

 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın