Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Aktual / Nazarbayev xeyir-dua verdi: Azmerikanın hərbi yükləri Azərbaycandan keçəcək

Nazarbayev xeyir-dua verdi: Azmerikanın hərbi yükləri Azərbaycandan keçəcək

Bir neçə ay öncə məlum oldu ki, son mənzili Əfqanıstan olan Amerikanın xüsusi yükü Azərbaycan ərazisindən keçəcək. Virtualaz.org xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Əbdurəhmanov demişdi.

Elə həmin vaxt da söz-söhbət gəzməyə başladı ki, Qazaxıstanın Xəzər dənizindəki limanlarında Amerikanın hərbi bazaları peyda olacaq. Qazaxıstanın Rusiyadakı səfirliyində bu məlumatları “qeyri-səhih” adlandırmışdılar.

Diplomatik nümayəndəlik bəyan etmişdi ki, bu cür söhbətlərin yaranmasına səbəb 2010-cu ilin oyun ayının 20-sə imzalanmış ikitərəfli Qazaxıstan-ABŞ sazişinə edilən dəyişikliklər barədə protokol olub. “Məlumat üçün həmin sənədin adını diqqətinizə çatdırırıq: Amerika Birləşmiş Ştatlarının Əfqanıstan İslam Respublikasında sabitliyin qorunması və bərpa işlərinin həyata keçirilməsi üzrə işlərdə iştirakı ilə əlaqədar xüsusi yüklərin Qazaxıstan Respublikası ərazisi ilə kommersiya xarakterli dəmiryol tranzitinin təmin edilməsi barədə ABŞ və Qazaxıstan hökumətləri arasında saziş”, – səfirlik bildirmişdi.

Amerika tərəfi Əfqanıstana göndərilən xüsusi yükün tranzit marşrutuna dəyişikliklərin edilməsi xahişi ilə müraciət edib. Ələlxüsus, Kurık və Aktau limanlarının tranzit marşrutuna daxil edilməsi xahiş edilib ki, bu da xüsusi yükün Azərbaycan ərazisi ilə Xəzərdən Qazaxıstana və daha sonra dəmiryolu ilə Özbəkistana və Əfqanıstana çatdırmağa xidmət edəcək.

Prezident Nazarbayev protokolun təsdiqlənməsi ilə bağlı qanunu imzalayıb.

Həmçinin oxuyun

Deputatlar Fuad Abbasovun müdafiəsinə qalxdılar: “XİN münasibət bildirməlidir!”

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Jurnalist saxlanılarkən ciddi fiziki təzyiqlərə, aşağılayıcı …