Şənbə , Aprel 20 2024
Ana səhifə / Nazənin və Təranə Qumral çəkişməsi – Ali Məhkəmə qərar verdi

Nazənin və Təranə Qumral çəkişməsi – Ali Məhkəmə qərar verdi

Müğənni Nazənin həmkarı Təranə Qumralın məhkəmə ona uduzması barədə status paylaşıb.

Müğənni məhkəmənin qərarı ilə sonunda haqq ədalətin öz yerini tapdığını vurğulayıb:
“Mənim “İnstaqram” dostlarım, mən istəməzdim öz hesabımda belə bir xəbər paylaşım. İstəməzdim mənim haqqımda belə bir xəbərlər oxuyasınız, amma artıq mümkün deyildi susmaq. Öz yaşadığı həyat tərzini mənim adıma çıxarıb, efirdə 1 saat yarım yalan, böhtan atdı mənə.

Amma düşünmədi ki, onun atdığı bu şər böhtanı sübut edərik ki, bütün dediyi sözlər özünə aid idi. Mən dövlətimə, qanunlarımıza sığınıb güvəndim və yanılmadım. Sonunda haqq ədalət öz yerini tapdı. Məhkəmədə dəfələrlə uduzub və bunu qəbul edə bilmədikləri üçün dəfələrlə başqa-başqa saxta profillər açıb artıq-əskik yazırlar. Onsuz da biz bilirik kimlər tərəfindən yazılır. Bəsdirin, özünüzü gülünc yerinə qoydunuz, biz sadəcə sizə baxıb gülürük. Mən sadəcə deyirəm ki, Allah sizləri islah etsin”.

Müğənni statusunun sonunda bəzi mətbuat orqanlarına öz təşəkkürünü bildirib.

Xatırladaq ki, müğənnilər arasında qovğa iki il bundan əvvəl ANS telekanalının “Bazar səhəri” verilişində yaranmışdı. Müğənni Təranə Qumral həmkarı haqqında “Nazənin 7 dəfə ərdə olub” deməsinin ardınca qarşı tərəf “Təranəni ərimlə tutmuşam” kimi şok açıqlamalar vermişdi. Bundan sonra müğənni Nazənin özü və əri haqqında səslənən təhqir və ittihamlara görə qarşı tərəfi məhkəməyə vermişdi. Məhkəmə Təranə Qumralın həmkarı haqqında dediyi sözlərin böhtan və yalan olduğunu sübuta yetirərək, onun şərəf və ləyaqətini alçaltdığına görə 10 min manat təzminat cəzası və efirdə qarşı tərəfdən üzr istəməsi barədə qərar qəbul etmişdi. Bundan narazı qalan Təranə Qumral Apellyasiya Məhkəməsinə şikayət etmiş, məhkəmə təzminat cəzasını 3 min manata endirmişdi. Bundan da narazı qalan müğənni Ali Məhkəməyə şikayət ərizəsi vermişdi. Lakin məlum olduğu kimi bu günlərdə Ali Məhkəmədə keçirilən prosesdə həmin qərar dəyişilmədən saxlanılıb.

Musavat.com

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın