Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Naxçıvanla sərhədi Rusiyaya verməliyik – Abramyan

Naxçıvanla sərhədi Rusiyaya verməliyik – Abramyan

Ermənistan Rusiya ilə yeni siyasi proses başlamalıdır.

Bu sözləri Qarabağ separatçılarının liderinin keçmiş müşaviri Tiqran Abramyan deyib.

“Yaranmış situasiyada, xüsusilə, təhlükəsizlik məsələsində yeni təhdidlər peyda olub. Bunu Rusiya ilə dərindən müzakirə edib, vacib qərarlar qəbul etməliyik. Söhbət ilk növbədə Ermənistan sərhədlərinin müdafiəsindən gedir”, – deyə o bildirib.

Abramyan Ermənistanın Naxçıvanla sərhədinin Ermənistan-Türkiyə sərhədi kimi Rusiyaya verilməli olduğunu deyib.

Həmçinin oxuyun

“Nəcməddin Sadıkov hərbi xidmətdə deyil” – Müdafiə Nazirliyi

Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb. Müdafiə …