Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Aktual / Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının məhkəməsinin vaxtı açıqlanıb

Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının məhkəməsinin vaxtı açıqlanıb

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclasının başlayacağı tarix açıqlanıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses dekabrın 6-na təyin edilib.

Cinayət işinə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ə.Əhmədov iki nəfərin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirməkdə günahlandırılır.

Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədov bu il tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı …