Şənbə , İyun 10 2023
Ana səhifə / Aktual / Naxçıvanın bu kəndindəki problem də öz həllini tapdı…

Naxçıvanın bu kəndindəki problem də öz həllini tapdı…

Bir neçə gün əvvəl Şərur rayon Axaməd kəndində mal-qaranın örüşə buraxılması ilə bağlı “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının həmin ərazisindəki Komendatlığı və Zastavası arasında problemin olduğuna dair mövzunu Azinforum.az saytında və bütün sosial şəbəkə hesablarımızda ictimailəşdirmişdik.

İndicə kənd sakinləri mənə zəng vurub təşəkkür etdilər ki, problem öz müsbət həllini tapıb. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının təmsilçisi və Komendant kənd sakinləri ilə görüş keçirib, aradakı anlaşılmazlığı dərhal aradan qaldırıb.

Kənd sakinləri öz adlarından bizə və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə öz təşəkkürlərini bildirdilər. Biz də öz növbəmizdə Naxçıvan MR rəhbərliyinə və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandanlığına tərəfimizdən ictimailəşdirilən tənqidi materiala verdikləri operativ reaksiyaya görə təşəkkürümüzü bildiririk.

Azinforum.az

Həmçinin oxuyun

Bakı və Yerevan dəmiryolunun haradan keçməsi və gömrüklə bağlı razılığa gəlib

“2-3 fikir ayrılığı var, ümumiyyətlə isə mətn yüksək səviyyədə hazırdır”. Toplum TV “Sputnik Ermənistan”-a istinadən …