Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Naxçıvanın blokadası və əsassız erməni iddiaları

Naxçıvanın blokadası və əsassız erməni iddiaları

 

Kollektiv  media, informasiya və xəbər portalı olan mastersmi.com saytında siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin “Naxçıvanın blokadası və erməni iddiaları”adlı məqaləsi yer alıb. Müəllif yazıda Naxçıvanın qədim Azərbaycan torpağı olmasından və ermənilərin bura etdiyi əsassız iddialardan danışır. 1905-ci ildən başlayaraq Qərbi Azərbaycan və Naxçıvan ərazisində ermənilərin yerli əhaliyə qarşı törətdiyi soyqırım faktları illərin və rəqəmlərin dili ilə rusdilli oxuculara təqdim edilib. Yazı tarixən ermənilərin burada törətdiyi qırğınlardan bəhs edir. Tutarlı faktlarla 1905-ci ildən başlayaraq Naxçıvan torpaqlarında yandırılan kəndlərin, yaşayış yerlərinin adları və törədilən qətliamların qurbanı olan yüz minlərlə insanların sayı verilib.
“1905-ci ildə Zəngibasarda 48 kənd ermənilər tərəfindən yandırılıb, 18 qız və gəlin əsir götürülüb, 400 dən artıq uşaq, 150 qoca və qadın qətlə yetirilib, 100 dən artıq xəstə diri-diri yandırılıb, 816 nəfər Araz çayında boğulub , evsiz-eşiksiz qalan 160 min nəfər isə Cənubi Azərbaycana, İran ərazisinə keçərək canlarını bu qətliamdan qurtara bilib”. Müəllifin gətirdiyi faktlarda həmin illərdə Şərur, Şahtaxtı, Dərələyəz və digər ərazilərdə baş verən soyqırımlar da öz yerini tapıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev 1990-1992-ci illərdə də Ermənistanın Naxçıvana hücum edərək onu zorla öz ərazilərinə qatmaq istəyini və bunun üçün bütün azərbaycanlıları qətlə yetirməyə hazır olduğunu vurğulayır.
“1990-cı ildə Sovet ordusunun köməyi ilə Naxçıvanın Ermənistan ərazisindəki anklavı olan Kərki işğal edilib. 1992-ci ildən isə Naxçıvan Ermənistan tərəfdən blokadaya alınıb… Bundan sonra isə erməni lobbisi və rəsmi dairələri hər yerdə guya Naxçıvanın onlara məxsus olduğunu heç bir əsası olmadan iddia edir”- deyə müəllif öz məqaləsində yazır.
Zaur Əlizadə sonda fikirlərini millət vəkili Elxan Süleymanovun dünyanın nüfuzlu siyasi təşkilatı olan Avropa Şurasının Parlament Assambleyasında səsləndirdiyi sözlərlə tamamlayır: “İndiyədək Naxçıvanın ermənilər tərəfindən blokadaya alınması ilə bağlı heç bir dinləmələr keçirilməyib. Çünki heç kəs bu blokada haqqında eşitmək istəmir. Əgər Avropa Şurası Azərbaycanda demokratiyanın sürətli inkişafını istəyirsə ilk növbədə Ermənistanın məhz bu işğalçılıq siyasətinin qarşısını almalıdır ”.
Bundan başqa yazı, webnewswire.com saytında da rus və ingilis dilində yerləşdirilib.

Səməd Canbaxşiyev
NUHÇIXAN

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …