Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Naxçıvanın Ali Məhkəməsinə hakim təyin olundu

Naxçıvanın Ali Məhkəməsinə hakim təyin olundu

Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilib.
 
Moderator.az xəbər verir ki, məsələyə Milli Məclisin bu gün keçirilən iclasında baxılıb.
Bu layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Layihədə bildirilib ki, Vəli Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib.
Qasım Əliyevin vəzifəsinin dəyişdirilərək, Naxçıvan Muxtar Respublikanın Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılması tövsiyə edilib.
Bu qərar imzalandığı gündən qüvvəyə minəcək.
Qeyd edək ki, V.Əliyev 2007-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …