Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.
TNS xəbər verir ki, Naim Cahidzadə həmçinin Sədərək Rayon İcra Hakimiyyəti başçısının da vəzifələrini icra edəcək.
Naim Cahidzadə bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Naim Cahidzadə Şahbuz rayonunun Kolanı kəndindəndir, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin həmkəndlisidir.
Naim Cahidzadə Seymur Talıbova yaxınlığı ilə seçilib, muxtar respublikada onun kadrı kimi tanınıb. Yeni başçı müavini Ali Məclisdən əvvəl Seymur Talıbovun təsisçisi olduğu “Naxçıvan” Universitetində dekan vəzifəsində çalışıb. Onun Ali Məclisin şöbə müdiri vəzifəsinə namizədliyi Seymur Talıbov tərəfindən verilib.