Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Naxçıvanda rekord göstərici – Heç kimin borcu yoxdur

Naxçıvanda rekord göstərici – Heç kimin borcu yoxdur

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2017-ci ilin avqust ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

Azinforum.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda elektrik enerjisi ödənişi 100 % və daha artıq nəticə ilə yerinə yetirilib.

Açıqlanan statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin elektrik enerjisi borcu qeydə alınmayıb.

Qeyd olunub ki, avqust ayında texniki itki nəzərə alınmaqla daxil olan 43 milyon 245 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 633 min 800 manat olub, cəmi 3 milyon 634
min 300 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın