Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Naxçıvanda orta məktəb binası çöküb: 3 nəfər ölüb, yaralanan var – Nazirliyin məlumatı təkzib olundu (Yenilənib)

Naxçıvanda orta məktəb binası çöküb: 3 nəfər ölüb, yaralanan var – Nazirliyin məlumatı təkzib olundu (Yenilənib)

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi Babək rayonunun Nehrəm qəsəbəsində məktəb binasının çökməsi ilə əlaqədar məlumat yayıb.

Mia.az-a daxil olan məlumatda deyilir:

“Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir. 2022 – ci il 31 mart tarxində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarınınçökməsi nəticəsində 3 tikinti işçisi həlak olub, bir nəfər isə xəsarət alıb.

Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır”.

***

Təhsil Nazirliyi Naxçıvanda orta məktəb binasının çökməsi və nəticədə müəllim və şagirdlər arasında ölənlərin olması ilə bağlı məlumatlara münasibət bildirib.

Mia.az xəbər verir, məlumatda deyilir:

“Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.

Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.

Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …