Cümə axşamı , May 23 2019
Ana səhifə / Aktual / Naxçıvanda musiqi müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq

Naxçıvanda musiqi müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq

Naxçıvan Muxtar Respublikasında musiqi müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.

Moderator.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının Baş Naziri Əlövsət Baxşıyev “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və diplom almış şəxslərin orta ixtisas musiqi təhsili müəssisələrində, ali və ya orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və diplom almış şəxslərin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində işə qəbulu üzrə müsabiqənin keçirilməsini təmin etməlidir.
Qərara görə, müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Eyni zamanda müəssisələrdə kitabxana informasiya ixtisası üzrə işə qəbul və qiymətləndirmə yalnız test imtahanı vasitəsilə aparılacaq.

Həmçinin oxuyun

AZƏRBAYCANIN SABİQ NAZİRLƏRİ BİR ARADA – “Range Rover”də 4 nəfər… – FOTOLAR

Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər. Lent.az-ın əldə etdiyi məlumata görə, eks-nazirlər …