Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Naxçıvanda koronavirus yoxdur – Rəsmi AÇIQLAMA

Naxçıvanda koronavirus yoxdur – Rəsmi AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb. Bunu Modern.az-a açıqlamasında Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn Əsgərov bildirib.

H. Əsgərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur:

“Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın hər yerində, Naxçıvanda, Şərurda, Ordubaddakı bütün təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər”.

Nazirlik rəsmisi qeyd edib ki, karantin üçün Qarxun kəndində xəstəxana ayrılıb:

“Amma ümumilikdə yoluxma yoxdur”.

H.Əsgərov deyib ki, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və s. kimi qurumların əməkdaşları çalışmır: “Biz isə gücləndirilmiş iş rejimində çalışırıq”.

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …