Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Naxçıvanda işğaldan azad edilən ərazilər minalardan təmizlənir – VİDEO

Naxçıvanda işğaldan azad edilən ərazilər minalardan təmizlənir – VİDEO

2018-ci ildə uğurlu hərbi əməliyyatlar nəticəsində ordumuzun nəzarətinə keçən ərazilər minalardan təmizlənərək istifadəyə hazır vəziyyətə gətirilir. Günnüt qələbəsi ilə 11 min hektardan artıq ərazini işğaldan azad edən Əlahiddə Ümumqoşun Ordu Sədərək istiqamətində də müdafiəni uğurla təşkil edir. Ərazilərin etibarlı qorunması, minalardan təmizlənməsi əhalinin də rahat yaşayışına və lazımi  təsərrüfat işlərini yerinə yetirməsinə stimul verir. Sədərək rayonunun 90-cı illərdə Ermənistanın işğlına məruz qalan Şərab zavodu və onun ətrafındakı 73 hektar ərazisində də qarğıdalı əkinləri başlayıb. Əraziyə yeni yol,  elektrik və suvarma xətləri də çəkilib.  

Azinforum.az Nuhçııxan.az-a istinadən Naxçıvan televiziyasının əməkdaşı Nicat Quliyevin Sədərəkdən xüsusi reportajını təqdim edir:

https://www.youtube.com/watch?v=bfdGJvSwvHo&feature=emb_title

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …