Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / NAXÇIVANDA İLK DƏFƏ OLAN JURNALİST YAZIR : “BABA, BURA BEHİŞTDİR, BEHİŞT…”

NAXÇIVANDA İLK DƏFƏ OLAN JURNALİST YAZIR : “BABA, BURA BEHİŞTDİR, BEHİŞT…”

Adə­tən hər yay ra­yo­na ge­di­rəm. Kən­di­mi­zə get­mə­yən­də san­ki özü­mü nə­yi­sə itir­miş ki­mi hiss edi­rəm. İn­san ya­şa dol­duq­ca do­ğul­du­ğu yurd san­ki onu özü­nə da­ha çox çə­kir. Hər il ol­du­ğu ki­mi, bu də­fə də Le­ri­kə, doğ­ma Or­da­ha­la sə­fər et­mə­yi nə­zər­də tut­muş­dum. An­caq bir ne­çə ay əv­vəl doğ­ma­la­rım­dan bi­ri­nin ai­lə qu­rub Nax­çı­va­na köç­mə­si ənə­nə­vi proq­ra­mı­ma də­yi­şik­lik et­mək zə­ru­rə­ti ya­rat­dı. Be­lə­cə, sentyab­rın 11-də 4 gün­lük Nax­çı­van sə­fə­rim baş­la­dı…

İlk də­fə idi ki, bu qə­dim di­ya­ra qə­dəm qo­yur­dum. Təy­ya­rə Nax­çı­van ha­va li­ma­nı­na yan al­dıq­ca həm ma­raq, həm də hə­yə­can artma­ğa baş­la­dı. Za­tən hər za­man bu qə­dim di­ya­rı gör­mək, gəz­mək ar­zu­sun­da idim. Gö­rü­nür, qis­mət bu gü­nə imiş de­yə xə­yal­la­ra dal­dım. Ha­va li­ma­nın­dan ma­şın mər­kə­zə doğ­ru get­dik­cə ət­ra­fı seyr et­dim, Nax­çı­van­la bağ­lı tə­səv­vür­lə­rim də­yiş­mə­yə baş­la­dı. Eşit­dik­lə­ri­mi, te­le­vi­zi­ya­da gör­dük­lə­ri­mi də­qiq­ləş­dir­mə­yə baş­la­dım və dol­ğun tə­əs­sü­rat for­ma­laş­ma­ğa baş­la­dı. Gö­rü­nən odur ki, keç­mi­şin si­ma­sı, mü­a­sir­lik­lə keç­mi­şin har­mo­ni­ya­sı çox uğur­la Nax­çı­va­nın tim­sa­lın­da vəh­dət təş­kil edir. Nax­çı­van bö­yük sev­gi ilə ye­ni­dən qu­ru­lub. Kü­çə və xi­ya­ban­la­rın ge­niş­li­yi, ət­raf­da göz ox­şa­yan sə­li­qə-sah­man, bü­tün infrastruk­tu­run ye­ni­dən qu­rul­ma­sı, ən baş­lı­ca­sı, möv­cud tə­miz­lik və abad­lıq in­sa­nı riq­qə­tə gə­ti­rir. İc­ti­mai ia­şə, xid­mət sek­to­ru­nu əha­tə edən mə­kan­la­rın ad­la­rı, mil­li ol­maq­la ya­na­şı, həm də Azər­bay­can di­li­nin qram­ma­ti­ka­sı­na xü­su­si diq­qət gös­tə­ril­mə­si­nin şa­hi­di ol­dum.

Hal­bu­ki, be­lə ka­mil mən­zə­rə Ba­kı­da yox­dur. Sö­zün dü­zü, bu mə­nim çox xo­şu­ma gəl­di. Azər­bay­can di­li­nə yad olan ad­la­rın gö­rün­mə­mə­si bu­ra­da sö­zü­ge­dən mə­sə­lə­lə­rə ne­cə diq­qət edil­di­yi­nin gös­tə­ri­ci­si idi. Parklar­da ağac­lar o qə­dər zövqlə bu­da­nıb ki, bu­nun özü be­lə qey­ri-adi tə­sir ba­ğış­la­yır. Əv­vəl­lər bə­zən be­lə fi­kir­lər səs­lə­nir­di ki, Nax­çı­van­da gö­zəl infrastruk­tur ol­sa da, əha­li az­dır və ya aza­lır. An­caq ora­da qal­dı­ğım 4 gün ər­zin­də bu­nun tam ək­si­ni gör­düm. Gü­nün müx­tə­lif vaxtla­rın­da in­san­la­rın sıx ge­diş-gə­li­şi, çox­say­lı av­to­mo­bil­lə­rin hə­rə­kə­ti de­yi­lən­lə­rin be­lə ol­ma­dı­ğı­nı sü­but et­di. Nə­zə­rə al­saq ki, hə­min 4 gün iş gü­nü de­yil­di, o za­man bu­nun nə de­mək ol­du­ğu­nu ət­raf­lı izah et­mə­yə eh­ti­yac yox­dur.
Ye­ri gəl­miş­kən, Nax­çı­van­da yol hə­rə­kə­ti qay­da­la­rı­na çox cid­di ri­a­yət olun­ma­sı­nın şa­hi­di ol­dum. Kü­çə­lər­də işıq­for­dan çox pi­ya­da zo­laq­la­rı var, şə­hər sa­kin­lə­ri və gə­lən qo­naq­lar çox ra­hat­lıq­la yol­la­rı ke­çə bi­lir. Mə­sə­lə on­da­dır ki, bü­tün sü­rü­cü­lər həm sü­rət həd­di­nə əməl edir, həm də pi­ya­da­lar hə­min zo­la­ğı ke­çər­kən ma­şı­nı sax­la­ma­lı olur. Sü­kan ar­xa­sı­na ke­çən­lər o də­qi­qə kə­mər ta­xır. Bu həm tak­si sü­rü­cü­lə­ri­nin, həm də di­gər sü­rü­cü­lə­rin tim­sa­lın­da özü­nü gös­tə­rir. De­mək olar ək­sər tak­si sü­rü­cü­lə­ri sə­li­qə ilə for­ma ge­yib “NAZ-Li­fan” is­teh­sa­lı olan tə­zə av­to­mo­bil­lər­də əha­li­yə tak­si xid­mə­ti gös­tə­rir.
Diq­qət­çə­kən na­i­liy­yət­lər­dən bi­ri də ra­hat yol­la­rın sa­lın­ma­sı, on­la­rın yük­sək key­fiy­yət­li ol­ma­sı­dır. Yol mə­də­niy­yət rəm­zi­dir. Bu­nun­la ya­na­şı, yol­la­rın key­fiy­yə­ti iq­ti­sa­diy­ya­tın gös­tə­ri­ci­si ki­mi qiy­mət­lən­di­ri­lir. Bu cür ya­naş­ma­da bö­yük hə­qi­qət var. Mü­a­sir yol­lar Nax­çı­va­nın ti­ca­rət əla­qə­lə­rin­də mü­hüm rol oy­na­yır.

 

v1

Altmış ki­lo­metrlik Nax­çı­van-Şə­rur yo­lu o qə­dər ra­hat qu­ru­lub ki, av­to­mo­bi­lin hə­rə­kə­ti za­ma­nı bu özü­nü gös­tə­rir. Nax­çı­va­na sə­fər edə­nə qə­dər Şə­rur ra­yo­nu ba­rə­də tə­səv­vü­rüm bir qə­dər fərqli idi. Fi­kir­lə­şir­dim ki, Şə­rur Nax­çı­va­nın dü­zən ra­yo­nu ol­du­ğu­na gö­rə bu­ra­da ya­şıl­lıq çox az­dır. An­caq gör­dü­yüm mən­zə­rə mə­ni hə­qi­qə­tən tə­əc­cüb­lən­dir­di. Yol­bo­yu bir sı­ra əra­zi­lər­də sa­lı­nan ya­şıl­lıq­lar, kəndlə­rə ya­xın­laş­dıq­ca ağac­la­rın ço­xal­ma­sı əv­vəl­ki tə­səv­vür­lə­ri­mi də­yiş­di. Dostlar­dan bi­ri qeyd et­di ki, 90-cı il­lə­rin əv­vəl­lə­rin­də mə­lum blo­ka­da ilə əla­qə­dar tə­bii qaz ol­ma­dı­ğı­na gö­rə əha­li isin­mək üçün ağac­la­rı kəs­mə­li olur­du. Mux­tar Res­pub­li­ka­nın sərt kon­ti­nen­tal iq­li­mə ma­lik ol­ma­sı sə­bə­bin­dən qış çox so­yuq ke­çir. Ötən il­lər ər­zin­də gör Nax­çı­van nə qə­dər də­yi­şib…

 

v2
Ar­pa ça­yı üzə­rin­də qu­ru­lan su elektrik stan­si­ya­la­rı Nax­çı­van MR-in tə­lə­ba­tı­nı ödə­mək­lə ya­na­şı, elektrik ener­ji­si­nin bir his­sə­si­nin qon­şu öl­kə­lə­rə ix­rac olun­ma­sı­na im­kan ya­ra­dır. Nax­çı­van­da ta­ri­xi abi­də­lər in­cə zövqlə bər­pa olu­nub. Nuh Pey­ğəm­bə­rin qə­bi­rüs­tü abi­də­si, Mö­mi­nə­xa­tın məq­bə­rə­si, Nax­çı­van­qa­la komplek­si, Gə­mi­qa­ya, Fü­zu­li məq­bə­rə­si, Xan sa­ra­yı və di­gər abi­də­lər ada­mı hey­ran edir. Nax­çı­van­qa­la­da­ki ha­va san­ki kənd sa­kit­li­yi­ni mə­nə ya­şat­dı. Ət­raf­da­kı dağ­la­rın ha­va­sı in­sa­nın ru­hu­nu sa­kit­ləş­di­rir. Qa­la­nın da­xi­lin­də çox gö­zəl mu­zey və ic­ti­mai ia­şə ob­yektlə­ri fə­a­liy­yət gös­tə­rir. Bu­ra­da ve­ri­lən sa­mo­var ça­yı­nın da­dı bir baş­qa­dır. Qa­la­nın üzə­rin­dən, de­mək olar, bü­tün Nax­çı­van gö­rü­nür.

 

v4
Nax­çı­van­da sa­də yas mə­ra­sim­lə­ri­nin ke­çi­ril­mə­si ba­rə­də də­fə­lər­lə ya­zıl­dı­ğı üçün bu ba­rə­də ye­ni­dən nə­sə yaz­ma­ğı lü­zum gör­mü­rəm. An­caq qə­dim di­ya­rı gə­zər­kən bir mə­qam diq­qə­ti­mi çək­di. Mə­sə­lə on­da­dır ki, Nax­çı­van­da mə­zar­lıq­lar­da mər­mər­dən qo­yu­lan baş­daş­la­rı Azər­bay­ca­nın di­gər böl­gə­lə­ri ilə mü­qa­yi­sə­də da­ha na­zik­dir. Bu da mə­zar da­şı­nın nis­bə­tən ucuz ba­şa gəl­mə­si­ni şərtlən­di­rir. Bu ara­da iki ay əv­vəl vaxtsız dün­ya­sı­nı də­yi­şən te­le­jur­na­list İl­qar Qu­lu­so­yun mə­za­rı­nı da zi­ya­rət et­dik.
Azər­bay­ca­nın qə­dim, zən­gin ta­ri­xə ma­lik bu mə­ka­nı sa­ba­ha inam­la ad­dım­la­yır. Mux­tar Res­pub­li­ka­da hə­ya­ta ke­çi­ri­lən is­la­hat­lar, ye­ni­dən­qur­ma iş­lə­ri bö­yük hə­vəs, tə­bii is­tək­lə re­al­laş­dı­rı­lır. Nax­çı­van­qa­la komplek­si­nin tu­rizm ob­yek­ti ki­mi ta­nın­ma­sı ol­duq­ca müs­bət hal­dır. Nax­çı­van­da olar­kən çox­say­lı iran­lı tu­ristlə­ri gör­dük. Tu­ristlər­dən bi­ri­nə ya­xın­la­şıb Nax­çı­van ba­rə­sin­də tə­əs­sü­rat­la­rı­nı so­ruş­duq. İran­lı tu­rist “Ba­ba, bu­ra be­hiştdir, be­hişt” – de­yə ca­vab ver­di.
Bir da­ha şa­hi­di ol­dum ki, bəd­nam er­mə­ni­lər, Nax­çı­va­nı blo­ka­da şə­ra­i­tin­də sax­la­ma­la­rı­na bax­ma­ya­raq, böl­gə­nin in­ki­şa­fı­nı ən­gəl­lə­yə bil­mə­yib. Nax­çı­van hər ke­çən gün da­ha da inam­la in­ki­şaf edir, ye­ni­lə­nir, çi­çək­lə­nir.

naxcivan

naxcivan-qala

naxchivan33

Vi­da­di OR­DA­HAL­LI

“Bakı-Xəbər”

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın