Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / Naxçıvanda da məktəblər bağlandı

Naxçıvanda da məktəblər bağlandı

Naxçıvanın ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

Bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafika uyğun davam edib.

Həmçinin bu qərar uşaq bağçalarına da aiddir.

Muxtar respublikanın ali və orta ixtisas təhsil müəssisələrində dərslər tədris qrafikinə uyğun olaraq dayandırılmayacaq. Tədrislə yanaşı,  müvafiq profilaktika və dezinfeksiya işləri də davam etdiriləcək.

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …