Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Naxçıvanda bu alimin irsi öyrəniləcək – Sərəncam

Naxçıvanda bu alimin irsi öyrəniləcək – Sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında Sərəncam imzalayıb.

Sərəncamda orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verdiyi, təsəvvüf və təfsir alimi kimi böyük şöhrət qazandığı qeyd olunur. Nemətullah Naxçıvani 1452-ci ildə Naxçıvanda doğulub, dövrünün görkəmli alimlərindən təhsil alıb, dünyəvi və dini elmlərə dərindən yiyələnib.

Zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədi ilə V. Talıbov sərəncamda qeyd edib:

“Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …