Ana səhifə / Aktual / Naxçıvanda “Azərbaycan Kəməri” uğrunda döyüş olacaq

Naxçıvanda “Azərbaycan Kəməri” uğrunda döyüş olacaq

Azinforum.az-ın məlumatına görə Kikboksinq üzrə Peşəkarlar arası “Azərbaycan Kəməri” uğrunda döyüşlər may ayının 7-də 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur Olimpiya İdman kompleksində keçiriləcək.

Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Şərq Döyüşü Sənəti Federasiyası, Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Azərbaycanda peşəkar yarışmanın ilk dəfə olaraq keçirildiyini bildirib:
“Respublikada kikboksinq idman növünün peşəkar istiqamətinin inkişaf etdirilməsi, həmçinin idmançıların ustalığının artırılması, cəmiyyətlərdə, klublarda, şəhər və rayonlarda kikboksinq üzrə bölmələrin işlərinə qiymət verməkdir. Həmçinin, bu çempionatın qalibləri hər çəki dərəcəsindəki kəmər sahibləri,ölkəmizi beynəlxalq peşəkar yarışlarda təmsil edəcəklər”,-deyə federasiya rəhbəri əlavə edib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın