Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Naxçıvan ölkənin “Gənclər Paytaxtı” seçimlərində liderdir

Naxçıvan ölkənin “Gənclər Paytaxtı” seçimlərində liderdir

Azinforum.az naxcivantv.az-a istinadən xəbər verir ki, Azərbaycanın “Gənclər Paytaxtı”nın seçilməsi  üçün keçirilən müsabiqədə bu gündən etibarən səsvermə başlayıb.

Səsvermə başlandığı andan etibarən Naxçıvan şəhəri ən yüksək səs çoxluğu ilə liderliyini davam etdirir. Hazırda seçicilərin 72,7 faiz səsini toplayan Naxçıvan ən yaxın izləyicisi Qəbələni 68 faiz qabaqlayır. Qəbələ hazırda 5,0 faiz səs toplayıb. Üçüncü sırada isə 4,0 faiz səslə Sumqayıt yer alır.

İnternet səsverməsi vasitəsilə həyata keçirilən müsabiqədə səsvermə  www.genclerpaytaxti.az  saytında təşkil edilir. Hər birimiz sayta daxil olaraq qədim Naxçıvanımıza səs verək və onu “Gənclər Paytaxtı” seçək!

Səsvermə 25 yanvar saat 00.01-dən 31 yanvar saat 23.59-dək davam edəcək. 31 yanvar saat 23.59-dan sonra verilmiş səslər qeydə alınmayacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncamla “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq seçimlər müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Proqramının müvafiq bəndinə əsasən proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin “Gənclər Paytaxtı” elan edilməsi nəzərdə tutulub. “Gənclər Paytaxtı”nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.

Azinforum.az  Naxçıvan televiziyasının bu münasibətlə hazırladığı təşviqat videoçarxını təqdim edir:

https://www.youtube.com/watch?v=5z7grxZHOzI

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …