Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Aktual / Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında keçirilən güc çoxnövçülüyü üzrə birinciliyə yekun vurulub-FOTOLAR

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında keçirilən güc çoxnövçülüyü üzrə birinciliyə yekun vurulub-FOTOLAR

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında keçirilən güc çoxnövçülüyü üzrə birinciliyə yekun vurulub.
Nazirliyin İdman Cəmiyyətinin zalında keçirilən yarışda 16 komandanın 108 idmançısı mübarizə aparıb. İdmançılar iki növdə – ağırlıq daşlarını qaldırma və qol güləşində qüvvələrini sınayıblar. 

Azinforum.az xəbər verir ki, yarışın bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, bu gün Naxçıvanda idman və gənclər siyasəti ulu öndər ideyalarının ən sadiq təəssübkeşi Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilir. Muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində müasir idman infrastrukturunun yaradılması, maddi-texniki bazanın gücləndirilməsi və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilib. Muxtar respublikada görülən abadlıq-quruculuq işləri çərçivəsində hər il idman kompleksləri, idman obyektləri sırasına yeniləri əlavə olunur. İdman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin və yaradılan şəraitin məntiqi nəticəsidir ki, bu gün muxtar respublikamız mötəbər idman turnirlərinin, müxtəlif beynəlxalq və ölkə səviyyəli yarışların keçirildiyi məkana çevirilib. 
Nazir diqqətə çatdırıb ki, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, düzgün həyat tərzinə yönləndilərək zərərli vərdişlərdən uzaq tutulması, həmçinin istedadlı gənclərin üzə çıxarılması səhəsində mühüm işlər görülür. Bu gün Naxçıvanda müxtəlif idman növləri üzrə fəaliyyət göstərən 12 idman federasiyasının hamısına hərtərəfli dövlət qayğısı göstərilərək, işlərini yüksək səviyyədə qurmaları üçün tam şərait yaradılıb. 
Qeyd olunub ki, polis əməkdaşları arasında keçirilən birinciliyin məqsədi polis əməkdaşları arasında fiziki gücü, dözümlülüyü və dayanıqlılığı inkişaf etdirmək və ölkə birinciliyində çıxış edəcək heyəti formalaşdırmaqdır. Fazil Ələkbərov yarışda uğur qazanan polis əməkdaşlarını təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıb.
Birinciliyin yekun nəticəsinə gəlincə, ağırlıq daşlarını qaldırmada Rəşad Həsənov (65 kiloqram), Kənar Əliyev (70 kiloqram), Mütəllim Əliyev (75 kiloqram), Sakit Məmmədov (80 kiloqram), Sərxan Zeynalov (85 kiloqram), Cavanşir Yaqubov (90 kiloqram) və Rauf Vəliyev (90+ kiloqram) qalib adını qazanıblar. Qol güləşində isə Rəşad Həsənov (65 kiloqram), Cavid Əhmədov (70 kiloqram), Rəcəb Məmmədov (75 kiloqram), Elvin Mütəllimov (80 kiloqram), İlkin Həsənov (85 kiloqram), Vəli Şirəliyev (90 kiloqram) və Allahverdi Qəribov (90+ kiloqram) hamıdan güclü olublar.
Komanda hesabında isə müvafiq olaraq ilk üç pillədə Daxili Qoşunlar, Naxçıvan şəhər Polis İdarəsi və Daxili İşlər Nazirliyinin komandası qərarlaşıb.
Sonda qaliblər mükafatlandırılıblar.

Həmçinin oxuyun

Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?- Açıqlama

2018-ci ildə Azərbaycanda ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2896,1 min ton və ya əvvəlki illə …