Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Aktual / Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib

Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aparatının əməkdaşları və federasiya üzvlərinin iştirakı ilə baş tutub.
İclasda çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı 18 mart 2013-cü il tarixdə keçirilən müşavirədən sonra muxtar respublikada atıcılıq idman növünün maddi-texniki bazasının formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində görülən mühüm işlərdən biri də atıcılıq üzrə idman klublarının təsis edilməsi olub.

Müşavirədən sonra Naxçıvanda iki atıcılıq klubu yaradılıb və yaradılmış bu iki idman klubu əsasında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası təsis edilib. 2013-cü ilin dekabr ayının 7-də isə Atıcılıq Mərkəzi istifadəyə verilib. Mərkəzdə inzibati bina, iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi yaradılıb. Federasiya muxtar respublikada atıcılıq üzrə idman yarışlarının keçirilməsinə təşəbbüskarlıq göstərilməsini, təşkil olunan atıcılıq üzrə idman yarışlarında klub üzvlərinin iştirakının təmin olunmasını, mütəxəssislərin ixtisaslarını artırmaq, atıcılıq üzrə muxtar respublikanın yığma komandasına cəlb edilmiş klub üzvlərinin müvafiq çempionatlarda, həmçinin beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etməsi üçün şərait yaratmaq kimi məsələləri də özünün əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirib.

Atıcılıq Mərkəzinin açılışı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən atıcılıq üzrə yığma komandanı formalaşdırılması, yığma komandanın Azərbaycan və beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, federasiyaya üzvlərin qəbul olunması və Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində Azərbaycan və beynəxalq səviyyəli yarışların keçirilməsi barədə tapşırıqlar verilib. Lakin Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası il ərzində idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin etməyib, keçirilən muxtar respublika yarışlar isə keyfiyyət və təşkilatçılıq baxımından aşağı səviyyədə olub. Bu gün federasiyada fərqlənən idmançı və məşqçi-müəllimlər yox dərəcəsindədir. Eyni zamanda, məşqçi-müəllim və idmançıların olmaması federasiyanın muxtar respublikadan kənarda keçirilən yarışlarda iştirak etməməsinə səbəb olub.

İşini günün tələblərinə uyğun qurmadığından federasiyanın yarıtmaz fəaliyyəti nəticəsində federasiya sədri Asəf Məmmədov vəzifəsindən azad olunub. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzində avadanlıqların qorunması, onlardan günün tələblərinə uyğun olaraq istifadə edilməsi, işin düzgün qurulması kimi bir sıra məsələlərə nəzarət federasiyanın üzvü Canməmməd Canməmmədova tapşırılıb.

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib.
Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib.
Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Heydər Əliyev Fəxri Xiyabanda – Video

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “Qafqazinfo”nun verdiyi xəbərə …