Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual /  NAXÇIVAN MTN-İN SABİQ SƏDRİ VƏLİ ƏSKƏROVUN QARDAŞI ERMƏNİLƏRLƏ ŞƏRİKDİR – İDDİA

 NAXÇIVAN MTN-İN SABİQ SƏDRİ VƏLİ ƏSKƏROVUN QARDAŞI ERMƏNİLƏRLƏ ŞƏRİKDİR – İDDİA

” İmkanım olsaydı onu ayağından asardım”

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, hazırda həbsdə olan Vəli Əsgərovun vəkillərinin ictimaiyyətə müraciəti onun əməllərindən zərərçəkən şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Naxçıvanda İşgəncələr kralı kimi ad çıxaran Vəli Əsgərovun vəkilləri onun hüquqlarının pozulması, həbsdə döyüldüyü barədə hay-küy qaldırsalar da onun halına acıyanlar yoxdur. Əksinə, Naxçıvan MTN-in keçmiş rəhbəri və Eldar Mahmudovun muxtar respublikadakı “görən gözü, eşidən qulağı” olan Vəli Ələsgərovun daha sərt cəzalandırılmasına çağıranlar var.

 Vəli Ələsgərovun əməllərindən zərər çəkənlərdən biri də Naxçıvanda faliyyət göstərmiş jurnalist və fəal Həkimeldostu Mehdiyevdir.

Həkimeldostu Mehdiyev virtualaz.org saytına Naxçıvanın sabiq milli təhlükəsizlik nazirinin ona qarşı yol verdiyi haqsızlıqlardan və işgəncələrdən danışıb. H.Mehdiyev deyir ki, Vəli Əsgərovun ona və qardaşlarına vurduğu zərbəni heç kimə vurmayıb. Onun sözlərinə görə, Məzahir adlı şöbə rəisinin rəhbərliyi ilə dörd qabırğası sındırılıb, özünü isə cəzaçəkmə müəssisəinə göndəriblər.

H.Mehdiyev ona verilən işgəncələrlə bağlı Naxçıvan rayon prokurorluğuna ərizə ilə müraciət edib.

“İndi hüquqlarının pozulduğunu deyib hay-küy salır, vəkili vasitəsilə mətbuatda özünün zərərçəkən obrazını yaradır. Çoxlu sirlər bildiyi haqda xəbərlər ötürür. Ancaq Vəli Ələsgərov qəddar adam Naxçıvanda bəlkə də olmayıb. Mənim imkanım olsaydı onu ayağından asardım. Bu adam nazir olanda həbs olunanlara şəxsən özü işgəncə verir, təhqir edirdi”, – deyə H.Mehdiyev bildirib.

H.Mehdiyev bəzi mətbuat nümayəndələrinin V.Əsgərovdan qəhrəman obrazı yaratmağa cəhd etdiklərini də vurğulayıb: “Bu adam Naxçıvanda müxalif fikirli insanların yaşamasına imkan vermədi. Bu səbəbdən hüquq müdafiəçiləri, ictimai fəallar Naxçıvanı tərk etdilər. O, Zeynalabdin Bağırzadəni, Nazim Mahmudovu (həbsdən azad edilib) şərləyərək həbs etdirdi. Vəlinin vəkili niyə Zeynalabdini müdafiə etmirdi? Cavab sadədir: Zeynalın pulu yox idi. Vəlinin sayəsində Naxçıvanda heç bir kənddə çayxana fəaliyyət göstərmirdi. Qardaşlarının Rusiyanın müxtəlif şəhərlərində biznesləri var. Eşitdiyimə görə qardaşı Əlinin İrandakı şəriki ermənidir”.

Həmçinin oxuyun

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb.  Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor …

Bir cavab yazın