Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Naxçıvan məktəbliləri Gəncədə – Fotolar

Naxçıvan məktəbliləri Gəncədə – Fotolar

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyada iştirak edən Naxçıvan şəhəri, Ordubad, Culfa, Babək, Şahbuz, Kəngərli, Şərur və Sədərək rayonlarının 45 şagirdi ikinci dəfə Gəncəyə gəlib

 Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə 3 gün davam edəcək səfərdə məktəblilər ilk olaraq Gəncənin qədim tarixi, mədəniyyət abidələri ilə tanış olub, muzeyləri gəziblər.
Onlar Gəncə şəhəri ilə tanışlığa Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi-Abidə Kompleksindən, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsindən başlayıblar. Məqbərənin qarşısında onları Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Naqif Həmzəyev, YAP Gəncə şəhər Təşkilatının təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov, təhsil və mədəniyyət idarələrinin nümayəndələri və KİV nümayəndələri qarşılayıblar.

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın